Nazarbayevin qızının səlahiyyətlərinə xitam verildi

Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilib.

“Report” xəbər verir ki, ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, 56 yaşlı D.Nazarbayeva keçmiş prezident Nursultan Nazarbayevin qızıdır. O, 2016-cı ildən Senatın sədri idi.

D.Nazarbayeva bundan öncə baş nazirin müavini vəzifəsində də çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan neftinin qiyməti 23 dolları ötüb

Sonrakı məqalə

Yeddinci Prokurorun 30 illik sələfləri –