Nazir:"Lisenziyalı proqramlardan istifadə kiberriskləri azaldır"

Lisenziyalı proqram təminatlarından istifadə bilavasitə əqli mülkiyyət hüquqlarının qorunmasına xidmət edir, kiberriskləri azaldır, informasiya sistemlərinin və fərdi məlumatların mühafizə səviyyəsini artırır.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə noyabrın 7-də Bakıda keçirilən “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminarın açılışında deyib.

Nazir qeyd edib ki, əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. Əqli mülkiyyət hüquqlarının qorunması sahibkarlığın inkişaf etdirilməsinə də əhəmiyyətli dərəcədə təsir göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ədliyyə Nazirliyi:

Sonrakı məqalə

XİN qondarma rejimə həsr olunan suvenir avro əsginaslarla bağlı məlumat yaydı