Nazir “Azərsun”un əməkdaşını departament müdirinə müavin təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.

Azpost.info bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentinin müdir müavini təyin olunub.

S.Mahmudlu bu təyinatadək “Azersun Holding”də müxtəlif vəzifələrdə çalışıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.