Nazir müavini: “Tələbə krediti sistemi dövlətin təhsilə qayğısının göstəricisidir”

25 Noyabr 2021 - 12:21

“Təhsil tələbə krediti sisteminin istifadəyə verilməsi təhsilə olan qayğının göstəricisidir”.

Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə krediti sisteminin istifadəyə verilməsinə dair brifinqdə bildirib.

O qeyd edib ki, tədris tələbə krediti ilk dəfə olaraq 1960-cı ildən dünyada tətbiq olunub. Hazırda dünyanın 60 ölkəsi bunu tətbiq edir: “Bütün ölkələrdə bu sistem dövlət tərəfindən supsidiyalaşdırılır və dəstəklənir. Bu kredit bütün ölkələrdə uzunmüddətli kreditdir və aşağı faizlərlə verilir. Təhsil tələbə kreditləri banklar vasitəsilə verilir və birbaşa tələbəyə verilmir, onun təhsil aldığı müəssisənin hesabına köçürülür”.

Nazir müavini bildirib ki, bu sistem tələbələrə geniş imkanlar açır və təhsilin əhatə dairəsini daha da genişləndirir.