Nazirlər Kabineti:

Ölkəmizdəki vəziyyət pandemiya vəziyyəti deyil
13 Mart 2020 - 21:18

Dünya ölkələrində koronavirus pandemiya elan olunsa da, bizim ölkəmizdəki vəziyyət pandemiya vəziyyəti deyil.

Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, ÜST-ün cədvəlində də Azərbaycan digər ölkələrdə olan vəziyyətlə nisbətdə ən yaxşı və əlverişlilər siyahısındadır: “Əlverişli vəziyyəti qoruyub saxlamaq, qarşısını almaq üçün yeni qaydalar hazırlanıb. Bəzi məsələlərlə bağlı qadağalar var. Ölkədə bir çox kütləvi tədbirlər qadağan olunub”.