Nazirlər Kabineti:"Dövlət 10 milyon maska ehtiyatını təmin edib"

Azərbaycan bazarı koronavirusa qarşı qoruyucu vasitələrlə, o cümlədən də maskalarla tam təmin olunur. 

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

“Mayın 12-də 386 min, 13-də 344 min, 14-də 259 min, 15-də 245 min maska satılıb. Karantin rejiminin yumşalması ilə əlaqədar olaraq maskadan istifadənin də artacağı nəzərə alınır. Ölkə gündəlik 450-500 min maska tələbatının ödənilməsinə də hazırdır. Dövlət təqribən 10 milyon maska ehtiyatını da təmin edib”, – deyə məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirusla bağlı vəziyyət bizdə pisdir” –

Sonrakı məqalə

Sabah 36 dərəcə isti olacaq