Nazirlik Bakıda mənzillərin onlayn satışına başlayır- Bu tarixdən (ÜNVANLAR)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 23-ü saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Nazirlikdən bildiriblər ki, satış elektron portal – ms.sosial.gov.az vasitəsilə həyata keçiriləcək və mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.

Həmin mənzillərdən almaq istəyən şəxslər mənzillərlə necə tanış ola, seçə və ala bilər? Bu barədə hazırlanmış tanıtım-izahat məqsədli videoçarxda ətraflı məlumat verilir.

Əvvəlki məqalə

“Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər olacaq”

Sonrakı məqalə

“Avropa İttifaqı Azərbaycana bundan sonra da dəstək verəcək”