Nazpərinin bacısı, müğənni Zeynəb Dostəliyeva vəfat edib

Müğənni Zeynəb Dostəliyeva vəfat edib.

Bu barədə APA-ya sənətçinin bacısı, Xalq artisti Nazpəri Dostəliyeva məlumat verib.

Xatırladaq ki, müğənni bir neçə gün əvvəl qaraciyər və böyrək ağrıları ilə xəstəxanaya yerləşdirilmişdi.

Allah rəhmət eləsin.

Xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün əvvəl səhhətində problem yaranan müğənni bacısı Zeynəb Dostəliyeva ilə bağlı açıqlamasında demişdi ki, bacısının sağlamlıq vəziyyətində ciddi problemlər var: “Son vaxtlar deyirdi ki, böyrəyimdə problem var. Bir müddət müalicə də olunmuşdu. Son bir həftədə o, çox yayılan qrip virusuna yoluxdu. Mənim xəbərim yox idi, demə, evdə yatırmış. Bir də qızı zəng etdi ki, əli-ayağı şişdir, qızdırması var, bədənindən su gəlir. Həmin an dərhal xəstəxanaya yerləşdirdim. Qızdırma qanı qatılaşdırıb. Tromp olduğu üçün ürəyinə qan getmir, ciyəri tamamilə sıradan çıxıb. Böyrəyi də sıradan çıxmaq üzrədir. Bu günlərdə bacardığım qədər üstünə düşmüşəm. Qaraciyər transplantasiyasına və böyrək köçürməsinə ehtiyacı var”.

Son məlumata görə, Z.Dostəliyevaya qaraciyər transplantasiyası olunmalı idi.

Əvvəlki məqalə

Azərbaycanın klassik şairi Həsənoğlunun İrandakı məzarı dağıdılıb – FOTO

Sonrakı məqalə

Dövlət maraqları olan yerdə…-