“Neftçi” 3 ay əvvəl gətirdiyi ulduz futbolçu Honda ilə yollarını ayırıb –

FOTO
16 İyun 2021 - 12:50

Bakının “Neftçi” klubu ulduz futbolçusu Keysuke Honda ilə yollarını ayırıb.

35 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Bakı təmsilçisi yaponiyalı oyunçuya göstərdiyi xidmətə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu ilin martında “Neftçi”yə keçən Keysuke Honda 7 oyunda 2 qol vurub