“Neftçi”nin Azərbaycan Premyer Liqasının IV turunda “Qəbələ” ilə keçirəcəyi oyunun “Dalğa Arena”ya salınmasının səbəbi məlum olub.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin “Report”a verdiyi məlumata görə, “Bakcell Arena”nın ot örtüyündə problem yarandığı üçün matçın yeri dəyişdirilib.
Allahverdiyevin sözlərinə görə, meydançaya qulluq edən mütəxəssislər 20-25 gün arenada oyun keçirilməməsinin məqsədəuyğun olduğunu söyləyiblər: “Dedilər ki, bizə vaxt verin, ot örtüyünü restavrasiya edək. Bildirdilər ki, “Bakcell Arena”da 1-2 oyun da olsa, vəziyyət daha da pisləşəcək. Ona görə belə qərara gəldik ki, rəqibi “Dalğa Arena”da qəbul edək”.
Qeyd edək ki, sentyabrın 27-dəki qarşılaşma saat 19:00-da başlayacaq.