Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Neftçi” və Türkiyənin “Qalatasaray” klubunun rəhbərləri arasında görüş keçirilib.
Apasport.az saytının məlumatına görə, görüşdən sonra rəhbərlər bir-birilərinə xatirə hədiyyəsi təqdim ediblər.
“Neftçi”nin prezidenti Kamran Quliyev qarşı tərəfə üzərində iki klubun loqosu olan xalça hədiyyə edibsə, “cim-bom” rəsmiləri futbolçuları Arda Turan və Radamel Falkaonun formasını veriblər.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.