Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

““Neftçi”nin əsas problemi komandada liderin olmamasıdır” –

User 14 Aprel 2025 - 13:30 (Last updated: 21 May 2025 - 20:15)
neftci

Vaxtilə Azərbaycanda “Neftçi” və “Sabah” komandalarında oynamış, “ağ-qaralar”ın heyətində çempionluqlar yaşamış serbiyalı qapıçı Saşa Stamenkoviç AZƏRTAC-a müsahibə verib.

O, ölkəmizdə keçirdiyi günləri xatırlayıb.

– Azərbaycanda keçirdiyiniz günləri necə xatırlayırsınız?

– Azərbaycanda özümü evdəki kimi hiss edirdim. Ölkəniz möhtəşəmdir. Orada oynamaq şərəfinə layiq olduğuma görə çox xoşbəxtəm. Xoş və qonaqpərvər insanlarınız var. Bakı üçün darıxıram.

– Sabiq komandanız “Neftçi”nin nəticələri yaxşı deyil. Sizcə, bunun səbəbi nədir?

– Düşünürəm ki, “Neftçi”nin əsas problemi liderin olmamasıdır. Hər bir komandanın həm meydanda, həm də kənarda lideri olmalıdır. Bu, uğur üçün başlıca amildir.

– “Neftçi” və “Sabah”ın oyunlarını izləyə bilirsiniz?

– Düzünü desəm, Azərbaycan çempionatını, həm də çıxış etdiyim komandaların oyunlarını izləməyə vaxtım yoxdur. Lakin nəticələrə baxıram. “Sabah”a gəlincə, komandanın yaxşı infrastrukturu var. Amma turnir cədvəlində qərarlaşdıqları yer o qədər də ürəkaçan deyil. İnanıram ki, Vasili Beruzutski komandanı çətin durumdan çıxaracaq.

– Eyni anda “Neftçi” və “Sabah”dan təklif alsaydınız, hansını seçərdiniz?

– Heç birini qəbul etməzdim. Çünki hazırda çıxış etdiyim “Mladost” komandasında özümü yaxşı hiss edirəm. Liqanın statistik göstəricilərinə görə, burada ən güclü qapıçı sayılıram.

– Azərbaycanda kimlərlə hələ də əlaqə saxlayırsınız?

– Şübhəsiz ki, keçmiş komanda yoldaşlarım və digər şəxslər. Mən Azərbaycandan getsəm belə, ürəyim hər zaman oradadır. Həmin şəxlər hər zaman mənə hörmət ediblər.

– Sizin üçün Azərbaycan mətbəxindən ən yaddaqalan yemək hansı olub?

– Bütün yeməkləriniz gözəldir. Amma ən yaxşısı kababdır. Çox dadlı hazırlanır.

– Sonda Azərbaycan xalqına nə demək istərdiniz?

– Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Ölkənizi Vətən müharibəsində qazandığı qələbə münasibətilə təbrik edirəm. Mənə daim göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm.

Post navigation

Previous: Əməliyyat zamanı canlı yayım açmaq istəyən həkimlərə xəbərdarlıq edilib
Next: Xəzər dənizində zəlzələ olub

Oxşar xəbərlər

fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
aston
  • İdman

“Aston Villa” “Fənərbaxça”nı 6:0 məğlub edib –

User 15 Oktyabr 2026 - 07:54
sabah
  • İdman

“Sabah” “Slaviya”nı məğlub etdi –

User 13 Oktyabr 2026 - 22:49

xƏBƏR

rus mudafie naziri
  • Dünya

Rusiya müdafiə nazirindən NATO ilə bağlı açıqlama: 2027-ci ildə nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:29
Rusiya müdafiə naziri Andrey Belousov bildirib ki, NATO hücum ssenariləri üzrə fəal təlimlər keçirir və Rusiya ilə...
Read more about Rusiya müdafiə nazirindən NATO ilə bağlı açıqlama: 2027-ci ildə nə dəyişəcək?
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
Motosiklet, skuter və velosiped oğruları ələ keçdi Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06
Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL neft iran bazar02
  • İqtisadiyyat

Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL

User 22 Oktyabr 2026 - 15:04
ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib ADSEA
  • Sosial

ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib

User 22 Oktyabr 2026 - 14:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.