Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neft üzrə 2026-cı il proqnozu 100 dollar səviyyəsində saxlanıldı

User 22 May 2026 - 14:00 (Last updated: 22 May 2026 - 18:52)
neft serq

“Barclays” bankı artan risklərə baxmayaraq, 2026-cı il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozunu bir barel üçün 100 dollar səviyyəsində təsdiqləyib.

Bu barədə bankın cümə günü yayımlanan açıqlamasında bildirilib.

Cümə günü keçirilən ticarət zamanı Brent markalı neftin fyuçersləri təxminən bir barel üçün 105 dollar səviyyəsində ticarət olunub. Buna səbəb ABŞ və İran arasında mümkün sülh razılaşmasının perspektivləri ilə bağlı qeyri-müəyyənlikdir. Hörmüz boğazının bağlı qalması bazara təzyiq göstərməkdə davam edir.

Münaqişədən əvvəl dünya enerji tədarükünün təxminən 20%-i Hörmüz boğazından keçirdi. Münaqişə nəticəsində gündəlik 14 milyon barel neft bazardan çıxarılıb ki, bu da qlobal təklifin 14%-ni təşkil edir. Azalma Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveyt kimi ölkələrdə hasilatın azalması ilə bağlı olub.

Bankın məlumatına görə, mövcud tendensiyalar gündəlik 6–8 milyon barel həcmində çatışmazlığa işarə edir. Eyni zamanda, ABŞ-də neft ehtiyatları 2020-ci ildən bəri ən aşağı səviyyədədir.

“Barclays” qeyd edib ki, Hörmüz boğazı tam açılsa belə, ən optimist ssenaridə belə neft ehtiyatları son dövrün minimum səviyyəsindən təxminən 20 milyon barel aşağı qalacaq.

Neftə tələbat sabit olaraq qalır. Bankın qeyd etdiyinə görə, sənaye istifadəsi ilə bağlı sektorlarda hər hansı zəifləmə təklifin tez normallaşacağı təqdirdə əhəmiyyətli bərpa ilə nəticələnə bilər.

AzPost.az

Post navigation

Previous: Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb
Next: Bakı-Sumqayıt yolunda tıxacı azaldacaq –

Oxşar xəbərlər

et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.