Neftin qiyməti bahalaşır

09 İyul 2021 - 10:29

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar artaraq 74,21 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,17 dollar bahalaşaraq 73,11 dollar olub.