Nemət Pənahlı canlı efirdə başı üstə dayandı, hamı təəccübləndi-VİDEO

“TV Müsavat”ın qonağı olan siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı yoqa ilə məşğul olmasından danışıb.

Musavat.com xəbər verir ki, daha sonra o, canlı yayında aparıcı Sevinc Telmanqızının xahişi ilə stulda başıüstə dayanıb.

N. Pənahlı bildirib ki, yarım saat belə dayana bilər: “Yarım saat da, 1 saat da bu cür dayana bilərəm, baxır insanın hazırlıq səviyyəsinə. Hazırda 1 saat dayana bilərəm…”

Təxminən 10 dəqiqədən sonra aparıcı 61 yaşlı siyasətçidən bu hərəkətini dayandırmasını istəyib.

Həmin görüntüləri təqdim edirik:

Əvvəlki məqalə

ABŞ Azərbaycan və Ermənistanı dialoqa qayıtmağa çağırıb

Sonrakı məqalə

Yanvardan kimlərin maaşı nə qədər artırıldı? –