“Nensi Pelosi bu axşam 6 nəfərlik heyətlə Tayvana gələcək”- “China Times”

“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-də altı nəfərdən ibarət nümayəndə heyəti ilə birgə Tayvana gəlməyi planlaşdırır”.

Azpost.info xəbər verir ki, bu barədə “China Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, spikerin olduğu xüsusi təyyarə Malayziyadan yola düşdükdən sonra Tayvan sahillərinin şərqindəki hava məkanına doğru istiqamət götürəcək və şimaldan adanın hava hücumundan müdafiəsinin identifikasiya zonasına daxil olacaq.

Qəzet iddia edir ki, nümayəndə heyətinə Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan beş üzvü daxil olacaq: “Pelosinin dəqiq marşrutu məlum deyil. O, avqustun 2-də axşam saatlarında Taipei Sonqşan hava limanına xüsusi təyyarə ilə gələ bilər”.

“Wall Street Journal”ın yapon versiyası isə Nensi Pelosinin Tayvana səfərinin mütləq baş tutacağını yazıb.

Azpost.info

Əvvəlki məqalə

Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edildi –

Sonrakı məqalə

Yol qəzasında həlak olan tənha istedad-