Nensi Pelosi qalmaqallı səfərdən sonra Tayvanı tərk etdi- FOTO+VİDEO

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Sosial şəbəkədə amerikalı siyasətçinin yerli siyasətçilərlə vidalaşdığı və təyyarəyə qalxdığını əks etdirən görüntülər yayılıb.

Pelosinin mətbuat xidməti bildirib ki, onun səfəri Birləşmiş Ştatların Tayvan demokratiyasını dəstəkləmək öhdəliyinin təsdiqidir və ABŞ-ın Çinlə bağlı siyasətinə zidd deyil.

Nensi Pelosi avqustun 2-də Tayvana gəlib. Planlara görə. o, avqustun 3-də səhər saatlarında mehmanxanasında videokonfrans keçirməli, həmçinin adanın qanunverici orqanına baş çəkməli, Tayvanın administrasiyasının rəhbəri Tsay İnven ilə danışıqlar aparmalı və tarixi hökumət malikanəsində şam yeməyində iştirak etməli idi.

Çin Xarici İşlər Nazirliyi onun adaya səfərinə görə kəskin etirazını bildirib.

Qeyd edək ki, Pelosinin Asiya turu çərçivəsində növbəti səfəri Cənubi Koreyaya olacaq.

Azpost.info

https://www.youtube.com/watch?v=ybH_i1UGeD0

Əvvəlki məqalə

III qrup üzrə ən aşağı keçid balı olan ixtisaslar–

Sonrakı məqalə

Prezident Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayırdı