“Nensi Pelosinin Tayvana səfərinə ciddi şəkildə hazırlaşırıq”- Çindən ABŞ-a ultimatum

“Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana mümkün səfərinə ciddi şəkildə hazırlaşır”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian deyib.

“Çin tərəfi olaraq dəfələrlə ABŞ-a spiker Pelosinin Tayvana mümkün səfərindən ciddi narahatlığımızı və bu səfərə qəti etirazımızı bildirmişik. Biz buna ciddi hazırlaşırıq”, – XİN rəsmisi bildirib.

ABŞ hökuməti Nensi Pelosinin Tayvana səfəri ilə əlaqədar Çinlə münaqişənin kəskinləşməsindən ehtiyat edir. Bunu Ağ Evin adı açıqlanmayan əməkdaşı CNN müxbirləri ilə söhbətində deyib.

O bildirib ki, Bayden administrasiyası Pekinin Pelosinin səfərinə Tayvan üzərində “uçuşa qadağan zona” elan etməklə cavab verəcəyindən qorxur. Daha radikal bir tədbir də olduqca mümkündür – Çin aviasiyasının Tayvanın hava məkanına istiqamətləndirilməsi.

Azpost.info

Əvvəlki məqalə

Qarabağ müharibəsini çəkmiş məşhur fotoqrafa “Dostluq” ordeni verildi

Sonrakı məqalə

“Avroviziya” gələn il Britaniyada keçiriləcək