İsrail Baş naziri Benyamin Netanyahu Almaniyaya səfərə gedir.
Azpost.info xəbər verir ki, Netanyahu orada Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
Tərəflər İran məsələsini, o cümlədən Tehranın nüvə silahına çıxışını müzakirə edəcəklər.
“Liderlər siyasət və təhlükəsizliyin müxtəlif aspektlərini, ilk növbədə İran məsələsini və regional arenada baş verənləri müzakirə edəcəklər. Netanyahu İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulayacaq”, – İsrail Baş nazirinin ofisindən bildiriblər.
Azpost.info