Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Netanyahu BMT-də İrana qarşı müharibədə dəstəyə görə Trampa təşəkkür etdi

User 26 Sentyabr 2025 - 19:19 (Last updated: 26 Sentyabr 2025 - 20:31)
netanyahu bmt

İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında deyib.

“İran sürətlə böyük nüvə silahı və böyük ballistik raket proqramlarını inkişaf etdirirdi. Bunlar təkcə İsraili məhv etmək deyil, həm də ABŞ-ı təhdid etmək və hər yerdə xalqları şantaj etmək məqsədi daşıyırdı”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, İrana qarşı 12 günlük müharibə hərb tarixinə düşəcək: “Gördüyünüz kimi, İsrail qırıcılarının pilotları Amerikanın B-2 bombardmançı pilotları ilə birlikdə İranın nüvə zənginləşdirmə obyektlərini bombaladılar. Pilotlarımız İranın raket əleyhinə müdafiə sistemlərini zərərsizləşdirərək Tehran səmasını nəzarətə götürdülər”.

Netanyahu ABŞ Prezidenti Donald Trampa cəsarətli və qətiyyətli hərəkətinə görə təşəkkür edib. O vurğulayıb ki, İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb: “Keçən il mən bu yerdə dayandım və bu xəritəni göstərdim. Bu xəritə İranın “terror oxu”nun lənətini göstərir. Bu ox bütün dünyanın sülhünü təhdid edirdi. Bu, regionumuzun sabitliyini və hətta ölkəm İsrailin varlığını təhdid edirdi. İran İsraili məhv etmək məqsədi ilə nüvə silahı yaratmaq üçün proqram hazırlayıb”.

Netanyahu diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilməlidir: “Biz ayıq-sayıq qalmalıyıq. Biz İrana öz hərbi nüvə potensialını, zənginləşdirilmiş uran ehtiyatlarını bərpa etməyə imkan verməməliyik. Bu ehtiyatlar aradan qaldırılmalı və sabah BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları bərpa edilməlidir”.

 

Netanyahunun sözlərinə görə, İran xalqı yenidən azadlığa qovuşacaq: “Səbirli İran xalqı yenidən azadlığa qovuşacaq. Onlar İranı yenidən böyük edəcəklər”.

O əlavə edib ki, iki qədim xalq – İsrail və İran xalqları bütün dünyaya fayda verəcək dostluğu bərpa edəcək. /APA/

AzPost.az

Post navigation

Previous: İmişlidə sünnət toyunda zəhərlənənlərin sayı 74-ə çatdı
Next: Məhkəmədə Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub

Oxşar xəbərlər

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.