Netanyahu hava limanında növbə gözləyir –

Sabiq baş nazirdən maraqlı FOTO
18 Avqust 2021 - 09:04

Uzun illər İsrailin Baş naziri olmuş Binyamin Netanyahunun maraqlı görüntüsü yayılıb.

Bu barədə “Haber Global” məlumat verib.

Hökumət rəhbəri olaraq, hava limanlarına hər zaman VIP xidmətlərdən yararlanan siyasətçi bu dəfə sıravi vətəndaşlarla birlikdə növbə gözləməli olub.

San-Fransisko hava limanında gözləməkdən yorulan partiya lideri çemodanın üzrində əyləşib.