Netanyahu İsrailin Ukraynaya silah verməsinə qarşı çıxdı- AÇIQLAMA

İsrailin keçmiş baş naziri Benyamin Netanyahu ölkəsinin Ukraynaya silah tədarükünə qarşı çıxıb.

Azpost.info xəbər verir ki, Netanyahu Ukraynaya ötürülən silahların İranın əlinə keçməsi və İsrailin özünə qarşı istifadə olunması riskinin olduğunu deyib.

“Döyüş bölgəsinə yerləşdiriləcək silahların İranın əlinə keçməsi ehtimalı var. Bundan sonra həmin silahıar İsrailə qarşı istifadə oluna bilər. Onu da deyim ki, İsrail çoxlu sayda ukraynalı qaçqını qəbul edib və onlara humanitar yardım göstərir”, – Netanyahu bildirib.

Eyni zamanda o, İrana qarşı sanksiyaları ləğv etməməyə və bu istiqamətdəki ardıcıl siyasəti davam etdirməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

“Məni beş əsl dostundan birincisi adlandırdı”

Sonrakı məqalə

“Bakı ilə özünüz danışın, bizə ümid etməyin” –