Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Netanyahu Livanda atəşkəslə bağlı planını hökumətə təqdim edəcək

User 27 Noyabr 2024 - 00:02 (Last updated: 21 May 2025 - 20:15)
netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu televiziyadan müraciəti zamanı Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəldiyini deyib.

Netanyahu atəşkəsin müddətinin hadisələrin gedişatından asılı olacağını, İsrailin “Hizbullah”ın hücum edəcəyi təqdirdə cavab vermək hüququnu özündə saxladığını deyib.

“Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verəcək hadisələrdən asılıdır. Birləşmiş Ştatlarla tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. “Hizbullah” razılaşmaları pozarsa və silahlanmağa çalışarsa, hücum edəcəyik. Əgər “Hizbullah” sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd etsə, hücum edəcəyik”, – baş nazir bildirib.

Netanyahu “Hizbullah”ın heç vaxt əvvəlki kimi olmayacağını vurğulayaraq sözlərinə belə davam edib: “Biz onları onilliklərlə geriyə salmışıq. Əsəd də odla oynadığını başa düşməlidir. Müharibə, məqsədlərinə çatana və şimal yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıtmayana qədər bitməyəcək”.

Netanyahunun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək. Hökumət başçısı hazırda atəşkəsə razılıq vermək qərarını üç əsas mülahizə ilə izah edib; İran təhlükəsinə diqqətdə saxlamaq, ölkənin silah təchizatını artırmaq və qüvvələri bərpa etmək, HƏMAS-ı təcrid etmək.

Netanyahu əməliyyatlar sayəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı, təşkilatın liderlərini, silahlarının çoxunu, minlərlə döyüşçüsünü və əsas infrastrukturunu məhv etdiklərini qeyd edib.

“Çoxları bizim qətiyyətimizə şübhə edir, amma sizə xatırladıram, biz gücümüzü və öhdəliyimizi artıq sübut etmişik. Dediyim kimi, yaxşı razılaşma onunla əməl olunan razılaşmadır və biz ona əməl edəcəyik”, – Netanyahu bildirib.

Post navigation

Previous: Britaniyada dünyanın ən yaşlı kişisi vəfat edib
Next: İsrail və Hizbullah atəşkəs təklifini qəbul etdilər –

Oxşar xəbərlər

obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00

xƏBƏR

oturaq isler
  • Sosial

Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi

User 25 Oktyabr 2026 - 10:56
Uzun saatlar kompüter qarşısında işləmək, avtomobildə vaxt keçirmək və axşamı televizor qarşısında oturmaq gündəlik həyatın adi hissəsinə...
Read more about Gün ərzində çox oturmaq orqanizmə necə təsir edir? – Həkim tövsiyəsi
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı – obama
  • Dünya

Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı –

User 25 Oktyabr 2026 - 10:34
Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.