Netanyahu Qəzzaya gəldi, 5 milyon dollar vəd etdi –FOTO

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanın mərkəzinə səfər edib.

Azpost.info bildirir ki, İsrail mediasının məlumatına  görə, Baş nazir burada HƏMAS-ın zolağı idarə etməyəcəyinə söz verib, israilli girovlara zərər verən hər kəsin ağır bədəl ödəyəcəyini bildirib. Netanyahu  istənilən hər girova görə, Qəzza sakinlərinə 5 milyon dollar təklif edib.

Netanyahunu İsrailin müdafiə naziri İsrael Katz, Müdafiə Qüvvələrinin komandanı Herzi Halevi və Şin Bet (Ümumi Təhlükəsizlik Xidməti) rəhbəri Ronen Bar müşayiət edib.

Əvvəlki məqalə

Leyla Əliyeva Bakıda əngəlli gənclərin çalışdığı kafeni ziyarət edib

Sonrakı məqalə

Danimarka Ukraynaya F-16 -ların ilk partiyasını təhvil verib