Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Netanyahu Qəzzada quru əməliyyatı planını imzalamaqdan imtina edib

User 27 Oktyabr 2023 - 17:32 (Last updated: 21 May 2025 - 20:15)
393841275_708205998008085_1423214187088743333_n

İsrail Baş naziri Benyamin Netanyahu İsrail ordusu komandanlığının ona təqdim etdiyi Qəzzada quru əməliyyatı planını imzalamaqdan imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə “The New York Times”a iki məlumatlı mənbə bildirib.

Onların sözlərinə görə, Netanyahu oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra ölkədə müxalifətlə birlikdə yaradılmış fövqəladə hökumət üzvləri tərəfindən planın yekdilliklə təsdiqini almaq istəyir.

Analitiklər bildiriblər ki, Netanyahu xüsusən də orduya Qəzzada təkbaşına əməliyyat keçirməyə icazə verməkdən ehtiyat edir, çünki o, ictimai etimadın azalmasından və uğursuzluq halında mümkün ittihamlarla üzləşəcəyindən qorxur.

Mənbələr eyni zamanda Netanyahunun qərarsızlığının İsrail ordusunun yüksək rütbəli zabitlərini qəzəbləndirdiyini bildiriblər. Onlar deyirlər ki, hərbçilərlə Baş nazir arasında qarşılıqlı şübhə o qədər güclənib ki, dövlət qulluqçuları hərbçilərə görüşlərə səsyazma aparatları gətirməyi qadağan ediblər.

Fikir ayrılıqları həm də əməliyyatın məqsədləri ilə bağlıdır. Netanyahu eyni vaxtda girovların azad edilməsinə nail olmaq və HƏMAS-ı məhv etmək istəyir, lakin bu vəzifələr arasında balans tapmaq olduqca çətindir. Bu fikir ayrılığı oktyabrın 26-da İsrailin müdafiə naziri Yoav Qallant çıxışında girovların xilas edilməsini ordunun hərbi məqsədlərindən biri kimi  qeyd etmədikdə aydın oldu.

Azpost.info

Post navigation

Previous: Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi Bakıda bağlanıb
Next: Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edilib

Oxşar xəbərlər

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48

xƏBƏR

kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryanın həbs müddəti daha 2 ay uzadılıb. Bu barədə vəkil...
Read more about Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 23 Oktyabr 2026 - 10:06
Borca görə axtarışda olan 88 nəfər saxlanılıb DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.