İsrail Qəzza girovları ilə bağlı problemin həllində Rusiyadan dəstək istəyib.
Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Girovların azad edilməsi üçün Baş nazir Benyamin Netanyahu köməkçisini Moskvaya göndərib. Rusiya da öz növbəsində HƏMAS-la Rusiya vətəndaşlığı olan girovların taleyi ilə bağlı danışıb.
“Baş nazir Benyamin Netanyahunun ofisindən verilən məlumata görə, İsrail Qəzza zolağında girovların azad edilməsinə dair razılaşmanın əldə edilməsində Rusiyadan kömək istəyib. Bu arada, ABŞ, Qətər və Misirin HƏMAS-la barışıq əldə etmək səyləri ləng gedir”, – məlumatda deyilir.
Azpost.info