Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“New York Times”da Azərbaycanın COP29-a Sədrliyinə həsr olunmuş məqalə dərc edilib

User 02 Avqust 2024 - 23:25 (Last updated: 21 May 2025 - 20:15)
cop

ABŞ-nin nüfuzlu “New York Times” nəşrində Azərbaycana və ölkəmizin COP29-a Sədrliyinə həsr olunmuş “Dağlıq kurort, şərab, qoyun kababı və çoxlu iqlim söhbətləri” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC-ın xəbərinə görə, məqalədə bildirilir ki, bir neçə gün əvvəl şərab ölkəsi olan Azərbaycanda, Qafqazın ətəklərinə mənzərəsi olan oteldə dünyanın aparıcı iqlim diplomatları qlobal istiləşmə ilə mübarizə və onun təsirlərindən ən çox əziyyət çəkən yoxsul və həssas ölkələrə yardım üçün böyük miqdarda pulların necə ayrılacağını müzakirə etmək üçün bir araya gəliblər. Müəllif görüşün noyabrda Bakıda keçiriləcək COP 29 konfransına hazırlıq xarakteri daşıdığını bildirib.

“Əvvəlki sammitlərdə dünya ölkələri var gücləri ilə iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlər, əsasən də bəşəriyyətin mədən yanacağından asılılığının mümkün qədər tez aradan qaldırılması barədə razılığa gəlməyə çalışıb. Ötənilki tədbirdə dünya bu barədə razılıq əldə edib. Lakin bu yalnız kağız üstündədir. Bu nə qədər vəsait tələb edir, kim ödəyəcək?”,- deyə müəllif, COP 29-da məhz bu məsələlərə aydınlıq gətiriləcəyini əlavə edib.

Müəllif yazır ki, iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən daha yoxsul ölkələr zəngin ölkələrdən enerji keçidlərini sürətləndirməyə kömək etmələrini istəyir. On il əvvəl Parisdə keçirilmiş iqlim sammitində imzalanmış razılaşmaya əsasən, bu zəngin ölkələr Avropa ölkələri, ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiyadır.

“Lakin bu siyahı 1990-cı illərin əvvəllərindəki inkişaf səviyyələrinə əsaslanırdı və o vaxtdan bəri dünya çox dəyişib. Siyahıdakı ölkələr sonradan zənginləşmiş dövlətlərin, o cümlədən Çin, Sinqapur və Səudiyyə Ərəbistanı kimi ölkələrin siyahıda yer almamasını ədalətsizlik adlandırır”, – deyə qeyd olunur.

Müəllif əlavə edir ki, Bakıda keçiriləcək sammit zamanı “İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədi” adlı paketin imzalanması planlaşdırılır.

Jurnalist həmçinin iqlim diplomatlarının görüşündə seanslar arasında bu istiqamətdə səmimi müzakirələrin aparıldığını qeyd edib. Panama, eləcə də tropik meşə ölkələrinin koalisiyasını təmsil edən Emilio Sempris bomba və müharibələrə pul qoyan zəngin ölkələrə iqlimin daha ucuz olduğunu xatırladıb. Marşal adalarını təmsil edən fəal Kati Cetnil-Kiciner isə bunun onlar üçün sağ qalmaq uğurunda mübarizə olduğunu bildirib. Müəllif noyabrda keçiriləcək sammitdə gərgin müzakirələrin baş tutacağını xatırladıb.

Müəllif “New York Times”ın qlobal enerji və iqlim siyasətləri və istixana qazı emissiyalarının azaldılması üçün yeni yanaşmalar barədə yazan müxbiri Maks Berakdır.

Post navigation

Previous: Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub
Next: İranda təhlükəsizlik xidmətinin xeyli sayda əməkdaşı saxlanılıb

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.