Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub.
Bu barədə o özü “Facebook” səhifəsində bildirib.
Koronavirus testinin müsbət çıxdığını deyən N. Paşinyan iqamətgahından işləyəcəyini söyləyib.
O, COVİD-19-a yoluxduğuna görə təəssüf hissi keçirdiyini qeyd edib.
“Biz koronavirus infeksiyası ilə yaşamağa öyrənməliyik”, – deyə o bildirib.