Nikolayev şəhəri Ukraynanın nəzarətində qalır.
Azpost.info bildirir ki, bu barədə 27 fevralda şəhərin rəhbəri Aleksandr Senkeviç bəyan edib. Onun sözlərinə görə, şəhərdə vəziyyət təhlükəli olsa da Ukrayna ordusunun nəzarətindədir.
“Şəhərdə bir neçə diversiya qrupu olsa da situasiya nəzarət altındadır. Şəhərdə olan tanklar və zirehli texnika Ukrayna ordusunundur”-deyə o vurğulayıb.