Türkiyədə zəlzələdə nişanlısını itirmiş gənc oğlanın fotosu baxanları göz yaşlarına qərq edib.
Azpost.info bildirir ki, Adıyamandan fotoqraf Rabia Çetinin yaydığı şəkildə dağıntılar altında qalmış nişanlısı Zeynəbin cəsədini gözləyən Ozanın qızın paltarını üzünə sıxaraq ağlaması əks olunub.
24 yaşlı gənc oğlan 5 gündən artıq nişanlısının sağ çıxarılacağına ümid edirdi. Lakin Zeynəb dağınıtlar altında həlak olub.
Bu ilin may ayında onların toy mərasimi planlaşdırılmışdı.