“Nissan”ın keçmiş rəhbəri Yaponiyadan qaçdığını təsdiqləyib

0a0197df-f25d-4f16-86fa-f81f8f6fa4e0

Tokioda ev dustağı olmuş Fransa-Yaponiya “Renault-Nissan-Mitsubishi” avtomobil istehsalı alyansının keçmiş rəhbəri Karlos Qon çərşənbə axşamı Livana gəldiyini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

“Mən məhkəmədən gizlənmirəm, amma haqsızlıqdan və siyasi təqibdən qaçıram”, – deyə o, bildirib. Karlos Qon Yaponiya məhkəmə sistemini insanların əsas hüquqlarını qəbul etməməkdə ittiham edib.

Sabiq şirkət rəhbəri bildirib ki, “onların əsarətində olmağa” hazırlaşmır. Qonun sözlərinə görə, qaçış ona mətbuatla ünsiyyət saxlamağa başlamaq imkanı verəcək.

Tokio Dairə Məhkəməsində Qonun ev dustaqlığı şərtlərinin dəyişmədiyini təsdiqləyiblər. Məhkəmədən bildirilib ki, o, Yaponiyadan getmək barədə icazə almayıb.

Daha əvvəl bildirilib ki, Tokioda ev dustağı olan Fransa-Yaponiya “Renault”-“Nissan”-“Mitsubishi” avtomobil istehsalı şirkətinin keçmiş rəhbəri Karlos Qon ölkəni icazəsiz tərk edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir