Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün təlimlər keçirilib

User 30 Sentyabr 2025 - 16:50 (Last updated: 01 Oktyabr 2025 - 12:15)
nit01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Səssiz Ünsiyyət- Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ və Bakıda təşkil olunan “Nitq və eşitmə qabiliyyəti məhdud şəxslərlə inklüziv maarifləndirici təlimlər” adlı layihə uğurla keçridi. 

Layihə inklüziv olduğu üçün burada həm nitq və eşitmə qabiliyyəti məhdud gənclər, həm də danışma və eşitməsində heç bir problem olmayan gənclər birlikdə iştirak etdilər. Layihə çərçivəsində 26.09.2025-27.09.2025 Ağdam, Xankəndi, Şuşa, Laçına səyahət oldu.

Ağdamda Şəhidlər Xiyabanı, Ağdam Cümə Məscidi, Ağdam İmarət Kompleksi, Şuşada İsa Bulağı, Vaqifin məqbərəsi, Şuşa Qalası ziyarət edildi.

Laçında Azərbaycan Respublikasının Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə 27 Sentyabr Anım Gününə görə təşkil olunan ehsan süfrəsində nitq və eşitmə qabiliyyəti məhdud gəcnlər də iştirak etdi və sonda Xüsusi Nümayəndə Məsim Məmmədov iştirakçılarla birlikdə xatirə şəkli çəkdirdi.
İlk dəfə olaraq nitq və eşitmə qabiliyyəti məhdud gənclərin də iştirakı ilə Qarabağ Universitetində təlim təşkil olundu. 27 Sentyabr Anım Günü ilə əlaqədar universitetin müəllim və tələbə heyəti ilə birlikdə Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Təlimdə işarət dilində hazırlanmış video çarxlar da nümayiş etdirildi. Təlimi Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Şamil Sabirzadə açıq elan edərək hər kəsi salamladı, işarət dilinin tarixi, Azərbaycanda İşarət dili, nitq və eşitmə qabiliyyəti məhdud şəxslər və onlarla ünsiyyət qaydaları haqqında məlumat verdi. Sonra isə psixoloq, təlimçi Nərmin Mir Hadiyə ötürdü. Nərmin xanım “İnkluziv cəmiyyət üçün nələr etməli?” mövzusunda təlim keçdi.

Sonra gənclərə işarət dilində Daktil əlifbası və gündəlik istifadə olunan sözlər öyrədildi.

Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, nitq və eşitmə qabiliyyəti məhdud gənclər və Azərbaycan Respunlikasının Əməkdar artisti Aygün Bəylərlə ərsəyə gələn “Qarabağ” klipi iştirakçılara nümayiş etdirildi. Sonda isə Azərbaycan Respublikasının Dövlət Himni iştirakçılarla birlikdə işarət dilinə tərcümə olundu.

Layihənin Bakıda 28.09.2025-ci il tarixində təşkil olunan təlimlərində yenə nitq və eşitmə qabiliyyəti məhdud gənclərlə birlikdə danışma və eşitməsində heç bir problem olmayan gənclər də iştirak etdi. Burada psixoloq, təlimçi Nərmin Mir Hadi “Mental sağlamlıq nədir?” mövzusunda təlim keçdi.

Sonda isə gənclər ünsiyyətini çay süfrəsi ətrafında davam etdirdilər.

Bütün tədbirlər Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini, işarət dili təlimçisi və tərcüməçi Könül Quliyeva tərəfindən işarət dilinə tərcümə olundu.

AzPost.az

Post navigation

Previous: ABŞ-ın Müvəqqəti İşlər vəkili Şeyxülislamla görüşüb
Next: Polşa Prezidenti Putinlə danışıqlara hazır olduğunu bildirib

Oxşar xəbərlər

DSX
  • Sosial

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

User 02 Noyabr 2026 - 16:46
rusvet korup
  • Sosial

Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı

User 02 Noyabr 2026 - 15:17
veyseloqlu foto
  • Sosial

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirilib

User 02 Noyabr 2026 - 14:28

xƏBƏR

qida yemek
  • Maraqlı

Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi

User 02 Noyabr 2026 - 17:20
Bir neçə onillik əvvəl belə hesab olunurdu ki, xolesterinlə bağlı problemlər yalnız 55 yaşdan yuxarı insanlara aiddir....
Read more about Xolesterin 20 yaşdan sonra da yüksələ bilər – Həkim bu 6 məhsula diqqət çəkdi
Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək? fermer01
  • Baş Yazı

Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?

User 02 Noyabr 2026 - 17:09
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb DSX
  • Sosial

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

User 02 Noyabr 2026 - 16:46
“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan mqer qriqoryan
  • Dünya

“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan

User 02 Noyabr 2026 - 15:42
NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi nasa01
  • Maraqlı

NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi

User 02 Noyabr 2026 - 15:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.