Bakı şəhər Prokurorluğu Nizami Xudiyevin prokurorluq orqanlarında çalışan oğlunun işdən çıxarılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bəzi KİV-də Nazim Nizami oğlu Xudiyevin tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar yalandır: “Nazim Xudiyev hazırda Bakı şəhər Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışır”.
Qeyd edək ki, Nazim Xudiyev AzTV-nin sabiq rəhbəri Nizami Xudiyevin oğludur.