Nobel Fondu geri addım atdı- Rusiya, Belarus və İran səfirlərinə dəvətləri geri götürdü

Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin Stokholmda keçiriləcək mükafatlandırma mərasiminə ünvanladığı dəvətləri geri götürüb.

Azpost.info xəbər verir ki, bu barədə Fondun saytında bildirilir.

“Rəhbərlik bu qərarı dəvətə verilən kəskin reaksiyaya görə qəbul edib”, – məlumatda deyilir.

Bundan əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiya və Belarus nümayəndələrini Stokholmda keçiriləcək təqdimat mərasiminə buraxmamağa çağırıb. O, özünün “Tviter” səhifəsində yazıb ki, ölkələr rusları və belarusları təcrid etmək məsələsində həmfikirdilər, lakin Moskva və Minskdə hələ də Qərbdən dostluq siqnalına ümid var.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvandakı mövqelərimiz atəşə tutulub

Sonrakı məqalə

“Formula 1”: Karlos Sayns İtaliya Qran-prisinin sıralama turunda ən yaxşı nəticə göstərib