Həbsdə olan rusiyalı siyasətçi Aleksey Navalnı 2024-cü ilin prezident seçkilərində Putin qarşı müxalifətin vahid namizədini irəli sürməyi təklif edib. O, Nobel Sülh Mükafatı laureatı, “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratovun vahid namizədliyini irəli sürüb.
Azpost.info bildirir ki, ciddi rejimli həbsxanada cəza çəkən Navalnı eyni zamanda 2024-cü ildəki seçkilərinə münasibət öyrənmək üçün rusiyalı siyasətçilər, jurnalistlər və ictimai xadimlər arasında geniş miqyaslı sorğu keçirməyi təklif edib. Bu barədə “Navalnının seçkilərlə bağlı 10 sualı” nəşrində deyilir.
Suallara ilk olaraq cavab göndərən Navalnı qeyd edib ki, Dmitri Muratov və Royzmanın vahid namizəd olmasını istərdi.
O, seçkilərlə bağlı strategiyasını 15 yanvar 2024-cü ildə açıqlayacağını bildirib.
Rusiyalı jurnalist, hüquq müdafiəçisi olan 62 yaşlı Dmitri Muratov “Novaya qazeta”nın baş redaktoru (1995-2017 və 2019-2023), təsisçilərindən biridir.
O, 2021-ci ildə “demokratiya və ifadə azadlığını müdafiə etmək səylərinə görə” Nobel Sülh Mükafatını alıb. Rusiya müxalifətinin tanınmış simalarından hesab olunur.
2023-cü il sentyabrın 1-də Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Muratovu “xarici agent” elan edib.
Azpost.info