Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Nobel Sülh Mükafatı laureatının adı əvvəlcədən mediaya necə sızıb? –

User 10 Oktyabr 2025 - 21:35 (Last updated: 10 Oktyabr 2025 - 21:35)
Nobel_Prize_Medal_in_Chemistry

Norveçdəki Nobel İnstitutu 2025-ci il Nobel Sülh Mükafatı laureatının adının sızması ilə bağlı xəbərlərdən sonra araşdırmaya başlayıb.

AzPost Financial Times-a istinadən bildirir ki, vəziyyətin yaranmasına səbəb Venesuelanın müxalif siyasətçisi Maria Korina Maçadonun nəticələrin rəsmi elan edilməsinə bir neçə saat qalmış qələbəsi ilə bağlı onlayn mərclərin artması olub.

Nəşrin məlumatına görə, Polymarket proqnoz bazarında Maçadonun qələbəsi ilə bağlı əmsallar mərasimdən bir gün əvvəl 3,7% təşkil edirdisə, elandan bir neçə dəqiqə əvvəl 31,5%-ə yüksəlib. O vaxta qədər nə media, nə də analitiklər onu mükafatın əsas namizədi hesab etmirdilər.

Nobel İnstitutu Norveç mətbuatına komitənin qərarı ilə bağlı məlumatların sızmasının mənbəyini müəyyən etmək üçün araşdırmaya başladığını təsdiqləyib.

2025-ci il Nobel Sülh Mükafatına 244 fiziki şəxs və 94 təşkilat daxil olmaqla 338 namizəd irəli sürülüb. Namizədlər arasında ABŞ prezidenti Donald Tramp, isveçli iqlim fəalı Qreta Tunberq, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin baş katibi Antonio Quterreş var.

Mükafatların təqdimetmə mərasimi dekabrın 10-da Osloda, Alfred Nobelin xatirə günündə keçiriləcək. Bu il hər kateqoriya üzrə mükafat fondu 11 milyon İsveç kronu (təxminən 1,17 milyon dollar) təşkil edir.

Nobel Həftəsi oktyabrın 6-da başlayıb. Artıq tibb, fizika, kimya və ədəbiyyat üzrə laureatlar bəlli olub.

AzPost.az

Post navigation

Previous: Soyuq havada hansı qidalar ürəyə xeyirdir? –
Next: “İnsanların çoxu SSRİ-nin dağılmasının nəticələrini tam dərk etmirdi” –

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.