Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Parisdə Yelisey Sarayında keçirilən görüş başa çatıb.
TASS xəbər verir ki, “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü təxminən 2 saat 20 dəqiqə davam edib.
Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenski “Norman Dördlüyü” çərçivəsində ikitərəfli görüş də keçiriblər. Qeyd edilib ki, iki ölkə liderləri görüşdə birgə bəyannaməni müzakirə ediblər.
Qeyd edək ki, Rusiyanın NTV telekanalı Putinlə Zelinski arasında görüş başlamamışdan Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən bildirmişdi ki, protokola uyğun olaraq, təxminən 45 dəqiqə vaxt ayrılan görüşün əsas mövzusu Minsk razılaşmalarının icrası olacaq.
Uşakov danışıqlar zamanı iki ölkə arasında qaz məsələsinin meydana çıxıb-çıxmayacağını açıqlamayıb.Xatırladaq ki, Ukrayna və Rusiya prezidentləri səviyyəsində 2016-cı ildən bəri ilk dəfədir görüş keçirilib. (APA)