Norveç şahzadəsi qaradərili şamana ərə gedir –FOTO

Norveç kralı Haroldın böyük qızı Marta Luiza və onun şaman nişanlısı Durek Verret  toy tarixini təyin ediblər. Şənlik mərasimi gələn ilin yayında baş tutacaq.

Azpost.info “The Washington Post”a istinadən bildirir ki, kral ailəsi qaradərili amerikalını ailələrində qarşılamaqdan çox şad olduqlarını deyiblər.

Şahzadənin sevdiyi Durek altıncı nəsil şaman olduğu və xərçəngi asanlıqla müalicə edə bildiyi idda olunur. Qadın ərindən 3 yaş böyükdür: Durek 48, Marta Luiza 51 yaşındadır.

“Yaşın nə fərqi var” deyərək  şahzadə bunun sevgi olduğuna yüz faiz əmindir. Marta bu sevgiyə görə, hətta kral ailəsi üzvlüyündən də imtina edib.

Şahzadə daha əvvəl sevgilisinin “seçilmiş biri” olmasından, mələklərlə ünsiyyət qura bildiyindən danışmışdı.

Yeni evlənənlərin harada yaşayacaqları hələ də bəlli deyil. Marta Luzia ABŞ-a köçmək niyyətində deyil, Durek isə Norveçə köçmək istəmir. Çünki onun şaman olması barədə deyilənlər  anlaşılmazlıq yaradır.

Ancaq toya hələ 1 il var, çox şey dəyişə bilər.

Azpost.info

Əvvəlki məqalə

Milli tariximizin şanlı günü

Sonrakı məqalə

Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri başa çatıb