Norveçdə torpaq sürüşməsi olub, bir çox evlər dağılıb –Xilasedicilər dağıntılar altında qalanları axtarır (FOTO)

Norveçin Errum kommunasında sürüşmə nəticəsində 150-dən çox insan təxliyə edilib, 9 nəfər isə yaralanıb.

Norveç KİV-ləri xəbər verir ki, Errum kommunasında baş verən sürüşmə barədə məlumat polisə yerli vaxtla çərşənbə günü saat 4:00-da daxil olub.

Bundan bir az sonra xilasetmə xidmətləri əraziyə gələrək yerli sakinləri təxliyə etməyə başlayıb. Səhərə qədər hadisə yerinə xilasetmə vasitələri ilə təxminən 40 təcili yardım maşını və helikopterlər gətirilib.

Sürüşmə yaşayış zonasında baş verib, nəticədə bir çox ev dağılıb, 9 yaralı yerli xəstəxanalara çatdırılıb.

Norveç Xilasetmə Xidmətinin məlumatına görə, xəsarət alanların heç birinin zədəsi ciddi deyil. Hələlik sürüşmə qurbanları barədə məlumat daxil olmayıb. Xilasedicilər dağıntılar altında qalan insanların axtarışlarını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür

Sonrakı məqalə

İspaniya La Liqası –