İspaniya La Liqası –“Atletiko” yenidən vahid liderə çevrilib

Dekabrın 30-da İspaniya La Liqasında XVI turun növbəti oyunları keçirilib.

Turnir cədvəlinin lideri Madridin “Atletiko” klubu öz meydanında “Xetafe”ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Luiz Suarez vurub.

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Atletiko” turnir cədvəlinin vahid liderinə çevrilib.

Günün açılış matçında “Valensiya” səfərdə “Qranada”ya 1:2 hesabı ilə məğlub olub.

Digər matçda isə “Selta” öz meydanında “Ueska”nı eyni hesabla üstələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Norveçdə torpaq sürüşməsi olub, bir çox evlər dağılıb –

Sonrakı məqalə

Zəngilanda körpünün altından partlayıcı qurğular tapıldı –