Növbəti qabiliyyət imtahanları avqustun 16-da təşkil ediləcək

14 Avqust 2021 - 10:45

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən bildirilib ki, avqustun 16-da bədən tərbiyəsi (9, 11 illik), təsviri sənət (11 illik), musiqi sənəti (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.