Novruz Məmmədova yeni vəzifə veriləcək –

Sabiq Baş nazir üçün hansı kreslo hazırlanıb?
19 Noyabr 2019 - 10:00

Azərbaycan Respublikasının sabiq Baş naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı gözlənilir. 

Azpost.info-nun məlumatına görə, modern.az saytına verilən məlumatda bildirilir ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq. Qeyd edək ki, keçmiş Baş nazir fransız dili üzrə mütəxəssisdir.

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci il tarixindən 8 oktyabr 2019-cu ilə tarixinə kimi Azərbaycan Respublikasının Baş naziri vəzifəfəsində işləyib.

N.Məmmədov Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsini bitirib. Əvvəlcə həmin İnstitutda müəllim işləyib.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləyib.

1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alıb.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olub.