“Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə çəkilə bilər” –MSK sədri Məzahir Pənahov

“Qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır”.

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, seçkilərin müddəti önə də çəkilə bilər: “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”.

 

Artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq” – Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Məzahir Pənahov deyib ki, qarşıdan yay gəlir: “Yazda, payızda bəzi işləri daha rahat görmək olur. Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.

Əvvəlki məqalə

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Sonrakı məqalə

“Rusiya müdafiə xərclərini uzun müddət indiki səviyyədə saxlaya bilməyəcək”