Nursultan Nazarbayev Putinlə görüşmək üçün Moskvaya gəlib

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Rusiyaya işgüzar səfərə gəlib.

“RİA Novosti”nin  verdiyi xəbərə görə, bu barədə Nazarbayevin mətbuat katibi Aydos Ukibay məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı Nazarbayev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Moskva şəhər günü münasibətilə keçirilən tədbirlərdə iştirak məqsədilə Rusiyaya gələn Nazarbayev burada təşkil edilmiş Qazaxıstan milli pavilyonuna da baş çəkəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəmkirdə yük maşını Türkiyədən gələn avtobusla toqquşub –

Sonrakı məqalə

Siyavuş Novruzov YAP üzvü olan sabiq nazirləri hədələdi: