“Nüvə müharibəsinə getmək olmaz, tərəflər təmkinli davranmalıdır”- ÇİN XİN

“Nüvə müharibəsinə getmək olmaz, tərəflər təmkinli davranmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiyanın nüvə strategiyasının dəyişdirilməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.

XİN rəsmisi xatırladıb ki, beş nüvə dövlətinin liderləri 2022-ci ilin yanvarında nüvə müharibəsinin qarşısının alınmasına dair birgə bəyanat veriblər və orada nüvə savşında qalib gəlməyin qeyri-mümkün olduğunu etiraf ediblər.

“Çin dəfələrlə təkrar edib ki, nüvə silahından istifadə etmək və nüvə müharibəsi aparmaq olmaz. Bütün tərəflər təmkinli və sakit olmalı, dialoq və məsləhətləşmələr yolu ilə gərginliyin azaldılmasını təşviq etməlidir”, – Nin qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.