Nyu-York rəhbərliyi etiraz aksiyaları və iğtişaşlar səbəbilə bazar ertəsi axşamdan etibarən şəhər ərazisində komendant saatının tətbiqinə başlayacaq.
“TASS” xəbər verir ki, bu barədə şəhərin meri Bill de Blazio “Twitter” səhifəsində bildirib.
“Nyu-yorklular, mən Nyu-York ştatının qubernatoru Endryu Kuomo ilə danışdım, təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gecədən Nyu-York şəhərində komendant saatının tətbiq edilməsinə qərar verdik. Komendant saatı 23:00-dan səhər saat 05:00-dək qüvvədə olacaq”, – deyə mer öz səhifəsində yazıb.
Qubernator Kuomo isə “Twitter” səhifəsində bildirib: “Nyu-York şəhərinin sakinləri, saat 23:00-dan sonra evlərinizi tərk etməməlisiniz”.