Nyu-Yorkda meymunçiçəyinə görə fövqəladə vəziyyət elan olunub

Nyu-York ştatının qubernatoru meymunçiçəyinə görə ştatda fövqəladə vəziyyət elan edib.

Bu barədə ştatın administrasiyasının saytında müvafiq məlumat yer alıb.

Qubernator bildirib ki, ABŞ-dakı hər 4 yoluxmadan biri Nyu-Yorkda qeydə alınır: “Komandam və mən bütün sutkanı vaksintəminatı, testlərin aparılması və əhalinin məlumatlandırılması üçün işləyirik” – deyə qubernator bildirib.

Son statistikaya görə ştatda 1345 nəfər meymunçiçəyinə yoluxub.

Əvvəlki məqalə

Azərbaycan XİN rəhbəri Gürcüstana başsağlığı verib

Sonrakı məqalə

Lavrov və Blinken müharibə başlanandan bəri ilk dəfə telefonla danışıblar