Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikaylovun sürücüsünun onun bütün var-dövlətini satıb qaçması ilə bağlı məlumatlar yayılıb.
İddiaya görə Süleyman Mikaylovun sürücüsü Mahir onun və qohumlarının adına olan hər şeyi ayrı-ayrı şəxslərə sataraq qaçıb.
Məsələ ilə bağlı Azadinfo.az-a açıqlama verən Qaradağ İcra başçısı Süleyman Mikaylov sözügedən iddianın əsassız olduğunu bildirib: “Bütün bunların hamısı yalandır. Mənim nə sürücüm qaçmayıb, nə də var-dövlətim satılmayıb. Danışılanlar cəfəngiyatdır”.