Odessa istiqamətinə 14 raket atılıb, dağıntılar var

İyunun 20-də Odessa istiqamətində 14 raket atılıb. Odessa şəhərinə edilən raket hücumu nəticəsində isə logistik ərzaq anbarı yanıb.

Bu barədə Odessa şəhər Şurası məlumat yayıb.

Raketlər Odessa vilayətinin Oçakovo, Belqorod-Dnestrovski rayonuna və Odessa şəhərinin özünə düşüb.

Raket hücumu nəticəsində mülki əhali arasında itki yoxdur.

Əvvəlki məqalə

Ərdoğan Antonio Quterreşlə telefonla danışıb

Sonrakı məqalə

Ermənistan Kəlbəcər və Laçında mövqelərimizi atəşə tutub