Atlantik okeanında yoxa çıxan turist batiskafının ekipaj üzvlərindən biri əlaqəyə çıxıb və vəziyyətinin yaxşı olduğunu bildirib.
Azpost.info bildirir ki, o, bu barədə sosial şəbəkədə açıqlama verib. Dalğıc Rori Qolden onunla əlaqə saxlamağa çalışdıqlarına görə bütün narahat olanlara təşəkkür edib. O qeyd edib ki, sualtı gəminin komandası xilasediciləri gözləyir.
Məlumata görə, dalğıc Rori Qolden qeyd edib ki, sualtı qayığın komandası xilasediciləri gözləyir və nikbin olmağa çalışır.
O həmçinin əlavə edib ki, su altında olanların internetə çıxış imkanları məhduddur.
Dünən Boston Sahil Mühafizəsi sualtı qayıqla Titanik sərnişin laynerinə baxmaq üçün gedən zaman yoxa çıxan turistlər barədə məlumat yayıb. Məlumata görə, sualtı qayıqda britaniyalı milyarder və Action Group-un qurucusu Hamiş Hardinq də olub. Dünəndən etibarən axtarış əməliyyatı aparılır.
Azpost.info